Ölkə

İki rayon polis şöbəsində kadr dəyişiklikləri olub

23 Yanvar 2019 18:37
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayon Polis şöbəsində kadr dəyişiklikləri olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Teymur Əfəndiyev Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Əhmədağa oğlu Qədirova yeni müavin təyin olunub. O, bu təyinatədək Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi işləyib.

Bundan əlavə, polis mayoru Elnur Heydərli Goranboy rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib. O, bu təyinatadək Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində çalışıb. Goranboy rayon Polis şöbəsi İstintaq bölməsinin əvvəlki rəisi, polis mayoru Elçin Əzizov isə Samux rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi vəzifəsinə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.