Ölkə

Anasını yuxuya verib evdən qaçan qızın qardaşı: Bacım gecə saat 1-də... - FOTO

23 Yanvar 2019 17:44
3 Şərh     Baxış: 4 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 gün öncə İsmayıllıda Balayeva Aynurə adlı qız yoxa çıxıb.

Milli.Az xəbər verir ki, 22 yaşlı itkin qızın anası və qardaşı "Səni axtarıram"da hadisənin təfərrüatı ilə bağlı açıqlamalar ediblər.

Aynurənin qardaşı bacısının axşam hamı kimi yatmaq üçün yerinə girdiyini qeyd edib:

"Sonuncu dəfə onu görəndə gecə saat 1-də yatmışdı. Səhərə yaxın da yoxa çıxıb. Səhər 5-in yarısı olardı bacısına səsli mesaj atıb. Sonra nömrəsinə zəng çatmadı.

Saat 7-də də mən oyanmışam. Yuxuda gördüm ki, bacım küçədə qadınlarla mübahisə edir. Onun səsi qulağıma gəldi, oyandım. Durub baxdım ki, yoxdur. Qapının ağzından telefonunun qapağını, qırılmış nömrə tapdım. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb". 

Verilişin əməkdaşlarına zəng edən iki şəxs Aynurəni Gəncədə gördükləri barədə məlumat veriblər.

Qeyd edək ki, Aynurə ailənin sonbeşiyidir. Atası rəhmətə gedən itkin qızın bir bacı, bir qardaşı da var.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.