Ölkə

“2 saatdan sonra zəng edirlər ki, Allah balanı saxlasın” - VİDEO - FOTO

23 Yanvar 2019 18:44
2 Şərh     Baxış: 2 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azyaşlılarda iştahsızlıq, yüksək hərarət, halsızlıq, qusma kimi hallar müşahidə olunduqda bəzi valideynlər ilk olaraq çöpçülərə üz tuturlar.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Dəfələrlə olub uşağın qızdırması qalxır, biz o dəqiqə bilirik ki, uşağın çöpü qalıb. Aparıb çıxardıb gətiririk heç həkimə də ehtiyac olmur".

Sakin: "Biz inanmırıq elə şeylərə amma intəhası olur, eşitmişik, görmüşük qonşularda".

Sakin: "Belə şeylər olur, amma bizim ailə olmayıb".

Elmir Əkbər - Psixoterapevt: "Çöp məsələsi ümumiyyətlə fenomenal komediyadır. Dünyada hələ mən eşitməmişəm ki, bunun analoqu olsun. O ki deyirlər analoqsuz xalqıq, doğrudan da bu məsələdə heç analoqumuz yoxdur. İfşa edənlər də kifayət qədərdir, ancaq inananlar da var. Deyir sonra gəldik qızdırma düşdü falan, təbii ki, təlqin".

Çöpçü: "Deyirəm aparın həkimə deyir yox, keçən dəfə də çöpün çıxardın uşaq yaxşı oldu. Boğazında, qlandasının dalında yer var. Əlini vuran kimi bilirsən orda var ya yoxdur. Uşağı 40 qızdırmayla gətirirlər, 2 saatdan sonra zəng edirlər ki, Allah köməyin olsun, Allah balanı saxlasın uşaq yaxşıdır".

"Çöpçü" adlandırdığımız "peşə" sahibləri hər nə qədər özlərini isbat etməyə çalışsalar da, psixoloqlar bu kimi halların xürafi inancdan başqa bir şey olmadığını  deyirlər.

Elmir Əkbər - Psixoterapevt: "Niyə məhz təkcə Azərbaycanda var? Niyə heç kimdə bu sual yaratmır? Nə Yeni Zellandiyada, ümumiyyətlə Skandinaviya ölkələrində belə gülünc inancların əksəriyyəti yoxdur. Nə göz dəymə, nə də başqa bir şeylər. O qədər insan yaşayır, bu gün də dünyada ən inkişaf etmiş ölkələrdəndir Skandinaviya ölkələri. Onlar necə yaşayırlar bütün bunlar olmadan".

Elə həkimlər də hesab edir ki, çöpçülərə getmək azyaşlıların səhhətində sonradan böyük problemlərə yol açar. Xüsusilə nəfəs vasitəsi ilə çöpçüdə olan hər hansı bir infeksiya azyaşlılara keçə bilər.

Pərviz Aslanov (burun-qulaq): "Nəfəsi ilə uşağın burnundan yaxud da ağzından tutaraq üfürməklə proseduru həyata keçirir. Əgər o üfürərkən o sağlam deyilsə öz nəfəsində olan hava-damcı infeksiyalarını hava damcı yolu ilə uşağa keçirdə bilər".

Doğru olub-olmamağından asılı olmayaraq, uşaqlarda yaranan ani xəstəlik əlaməti hiss etdiyimiz zaman ara həkimlərinə müraciət edib xəstənin başına təzə iş açmaqdansa, yaxşı olardı ki, ixtisaslaşmış uşaq həkiminə müraciət edək. Necə deyərlər, işi peşəkarların əllərinə buraxaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.