Ölkə

"Azərbaycan gənclərin iş yerləri ilə təmin olunmasına böyük əhəmiyyət verir"

23 Yanvar 2019 16:57
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gənclərin iş yerləri ilə təmin olunmasına böyük əhəmiyyət verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" konfransında Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayderin iştirakçılara ünvanlanmış müraciətində deyilir.

Müraciəti BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin rəhbəri Olqa Kulayeva oxuyub. Qeyd olunur ki, Azərbaycan əhalisinin əksəriyyəti gənclərdir və gələcəkdə onlar üçün əlverişli şərait yaratmaq lazımdır:

"Biz əmək bazarında indiki vəziyyətdə əlverişli şərait yaratmalıyıq. Əks halda bu, dünyada iş yerlərinin kəskin azalmasına gətirib çıxaracaq. Hesab edirəm ki, bizim üçün ən vacib məsələlərdən biri əmək bazarını müasir dünyanın tələblərinə uyğunlaşdırmaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.