Ölkə

15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir

23 Yanvar 2019 12:45
0 Şərh     Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı almaq qaydaları dəyişə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna 1.2-1-ci maddə əlavə olunur.

Əlavədə deyilir ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. Bununla bağlı qanunun 3.2 və 7-ci maddələrində də müvafiq dəyişikliklər edilib.

Qeyd olunur ki, həmin qanuna uyğunlaşdırmaq məqsədi ilə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda da düzəlişlər aparılıb. Belə ki, qanunun 6-cı maddəsində təsbit olunan vətəndaşlığı təsdiq edən sənədlər siyahısına "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı" bəndi əlavə edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.