Ölkə

İlin sonunadək bütün avtobuslar kart sisteminə keçəcək

22 Yanvar 2019 18:27
2 Şərh     Baxış: 1 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin sonunadək bütün avtobusların "BakıKart" sisteminə inteqrasiyası yekunlaşacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.

V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib:

"Həmçinin ilin sonuna kimi "Bakıkart" ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin bir gündə "Bakıkart"dan nə qədər istifadə etdiyi bilinəcək.

Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.