Ölkə

"Koroğlu" dayanacağının istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

22 Yanvar 2019 18:07
0 Şərh     Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi bu ilin ikinci yarısında istifadəyə veriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, yeni mübadilə mərkəzi Bakıda ilk olacaq: "Bu mərkəzdə tibb məntəqəsi, kitabxana, ana-uşaq otağı yaradılacaq.

Bundan başqa, burada sürücülərin tibbi müayinəsi, sürücülərin istirahət yerləri də yaradılacaq. Növbəni təhvil verən sürücü tibbi müayinədən keçiriləcək və növbəti iş saatlarına qədər istirahət edəcək. Bu mərkəz tam bir nümunə olacaq. Bu ilin ikinci yarısı mərkəz istifadəyə veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.