Ölkə

Bakıda qanunsuz parklanmaya görə ay yarıma 53 mindən çox protokol tərtib edilib

22 Yanvar 2019 19:34
1 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi ay yarım ərzində paytaxtda qanunsuz parklanma ilə bağlı 53 mindən artıq protokol tərtib edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Agentliyin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimlinin sözlərinə görə, küçələrdə qanunsuz parklanmalar biabırçı vəziyyət yaradıb: "Bakıda 35 qapalı park yerləri olduğu halda sürücülər küçələrdə avtomobilləri qanunsuz park edirlər. Məsələn, Qış parkında qapalı park var, amma sürücülər həmin parkın yanında küçədə avtomobilləri qanunsuz saxlayırlar.

Bizim məqsədimiz vətəndaşları incitmək deyil, onların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. Tıxaclar vətəndaşların rahatlığını pozur, əsəblərinə təsir edir. Biz bu cür halların qarşısını almaq istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.