Ölkə

Fevraldan yeni taksi duracaqlarının tikintisinə başlanacaq

22 Yanvar 2019 18:24
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisinə başlanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.

V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:

"Taksi sayının yuxarı həddi müəyyən olunub. Hazırda müəyyən istiqamətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mindən artıq deyil. Demək qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir".

BNA rəsmisinin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləşdirilib:

"Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar nəzərə alınıb. Bura sərnişin axınından tutmuş, təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir. Həmin dayanacaqların asfalt örtüyü dəyişdirilməli, məhəccərlər və panduslar quraşdırılmalıdır. Bundan sonra taksilər yalnız həmin dayanacaqlarda tam qanuni fəaliyyət göstərəcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.