Ölkə

Bakıda iki "Mercedes" toqquşdu, uzun tıxac yarandı

22 Yanvar 2019 14:00
0 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Binəqədi şossesində qeydə qalınıb. Qəzaya səbəb isə avtomobillərdən birinin əks yola çıxması olub.

Şahidlərin sözlərinə görə, 99 BT 931 nömrə nişanlı "Mercedes E-class" markalı avtomobil mərkəzə doğru hərəkətdə olarkən, onun yoluna çıxan "Mercedes C-class" avtomobili ilə toqquşub. Nəticədə sözügedən yolda uzun tıxac yaranıb.

Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.