Ölkə

Bakıda ekskavator oğrusu tutuldu

22 Yanvar 2019 12:31
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən "Hidromek 102 B" markalı traktorunun qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Mİlli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində traktoru qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.