Ölkə

Əhalinin banklardakı pulları artır

22 Yanvar 2019 12:26
Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 8 milyard 073,5 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,2 faiz artıb, xarici valyutada əmanətlər isə 0,7 faiz azalıb.

2018-ci il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 564,2 milyon manat təşkil edib, onun 9 milyard 870,2 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,4 faizini təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.