Ölkə

Astarada yanğınlar törədən şəxs dəlixanaya yerləşdirildi

21 Yanvar 2019 19:54
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilmiş və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyən edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.