Ölkə

Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib

21 Yanvar 2019 16:35
0 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib.

İnstitutdan Milli.Az-a verilən məlumata görə, bu nüsxələr şairin "Hüseyni" təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir.

105 vərəqdən ibarət birinci əlyazmanın başlığı "Divani-Həzrət Seyyid-Nəsimi" kimi getsə də, buradakı şeirlərin çoxu "Hüseyni" təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında isə şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri var.

Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.