Ölkə

Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi? - VİDEO

21 Yanvar 2019 16:07
6 Şərh     Baxış: 2 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl Türkiyədə orduda xidmət üçün nəzərdə tutulmuş bədəlli əsgərlik, yəni müəyyən məbləğdə pul qarşılığında hərbi xidmətdən azad olunmaq haqqında qanun qəbul edilmişdi.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, Türkiyə bu qanunu həddən çox hərbçinin büdcəyə təsirini və bəzi vətəndaşların müxtəlif səbəblərdən hərbi xidmət çəkmək istəməməsi səbəbindən qəbul etmişdi.

Türkiyəyə qardaş ölkə olan Azərbaycanda isə indiki şəraitdə bədəlli əsgərlik keçmək heç də real  görünmür.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı açıqlama verib.

Deputat qeyd edib ki, Azərbaycanda bədəlli əsgərlik mümkün deyil, hər bir şəxs nəzərdə tutulmuş qaydada və vaxtda hərbi xidmət keçməlidir.

Aqil Abbas bədəlli əsgərlik haqqında qanunun Türkiyənin ən böyük səhvi olduğunu da bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.