Ölkə

Bakıda "narkobaron"a hökm oxundu

21 Yanvar 2019 17:24
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik satmaqda təqsirləndirilən Zabil Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, Ukraynada yaşamış Z.Mikayılov qardaşı oğlu Elvin Mikayılov, Yusif Əliyev və digərləri ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin Ukrayna ərazisində əldə edilməsini və Azərbaycana daşınmasını təşkil edib. Mütəşəkkil dəstə yaradan Z.Mikayılov yuxarıda adları çəkilən şəxsləri həmin dəstəyə cəlb edib. Onların arasında Z.Mikayılovun qardaşı oğulları ilə yanaşı, qaynı Elnur Həsənov, qohumları Binnət və Qara Cəfərov qardaşları da var.

Z.Mikayılov dəstə üzvlərinin fəaliyyətlərini istiqamətləndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar göstərişlər verib, onlara rəhbərlik edib. Ötən ilin fevral ayında dəstə üzvlərindən biri, Ə.Bayramov Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasına şübhəli bilinərək saxlanılıb. Məhz bundan sonra cinayətkar dəstənin digər üzvləri ifşa edilib. Onlardan, ümumilikdə, 24 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Cinayətin təşkilatçısı, əsas fiquru olan Z.Mikayılov, onun qardaşı oğulları Elvin və Nicat Mikayılovlar barəsində isə axtarış elan edilib.

Z.Mikayılov isə bu il həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Bayramov 10 il, Qara Cəfərov 9 il, Binnət Cəfərov 9 il, Loğman Muradov 9 il, Elnur Həsənov 9 il, Ranət Əsgərov 9 il, Vasif Məmmədov 9 il, Yusif Əliyev 8 il 6 ay, Bayram Əzimov və Oktay Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, Ə.Bayramov 2017-ci ildə Penitenasiar xidmətin Müalicə Müəssisəsində xəstəlikdən vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.