Ölkə

Qanunsuz ov edən şəxslər saxlanılıblar - 28 ördək və qaşqaldaq

21 Yanvar 2019 14:32
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.

Onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.