Ölkə

İlin ilk Ay tutulması baş verəcək

19 Yanvar 2019 14:54
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ilk tam Ay tutulması hadisəsi yanvarın 21-də baş verəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ay tutulması Bakı vaxtı ilə saat 07:34-də başlanacaq və saat 10:51-də başa çatacaq:

"Tam tutulma hadisəsi bir saat iki dəqiqə davam edərək 08:41-də başlayıb, 09:43-ə qədər davam edəcək. Bu halda Ayın işığı təqribən 10 min dəfə azalacaq. Tam tutulmanın maksimumu 09:12-yə təsadüf edəcək.

Tam Ay tutulması hadisəsini Mərkəzi sakit okean, Şimali və Cənubi Amerika, Afrika və Avropanın əksər hissəsinin sakinləri müşahidə edə biləcəklər.

Oxu: Son 100 ilin ən uzun Ay tutulması baş verəcək
Ay tutulması hadisəsi demək olar ki, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Hadisə baş verən zaman  Azərbaycan ərazisində Ay batmağa doğru getdiyindən, qərb istiqamətdə üfüq açıq olarsa, təxminən 15-20 dəqiqə tutulmanın başlanmasını müşahidə etmək olar. 

Tutulma zamanı Ay, Yer və Günəş bir düz xətt üzərində olur və Yer Ayla Günəş arasında olanda Ay tutulması hadisəsi baş verir. Əgər onların mərkəzləri bir düz xətt üzrədirsə, ən uzun tutulma hadisəsi baş verir. 2018-ci il iyul ayının 27-də son 100 ilin ən uzun Ay tutulması hadisəsi baş verib və bir saat 43 dəqiqə davam etmişdir. 

Tutulma hadisəsi baş verən anda Ay yerə 357344 km məsafədə olacaq və bu məsafə "Super Ay" məsafəsinə çox yaxındır. Ayla Yer arasında minimal məsafə isə 356400 km-ə qədər ola bilir.
2019-cu ilin Ayın Yerə ən çox yaxınlaşması hadisəsi 19 fevralda saat 13:07-də baş verəcək. Bu zaman məsafə 356761 km olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.