Ölkə

Lənkəranda partlayış nəticəsində yanıq xəsarəti alan 80 yaşlı kişi xəstəxanada öldü

19 Yanvar 2019 12:19
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda partlayış nəticəsində yanıq xəsarətləri alan 80 yaşlı kişi xəstəxanada ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Kərgəlan kənd sakini 80 yaşlı Əlipaşa Miriyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. 

Bir həftə əvvəl xəstəxanaya 3-cü dərəcəli yanıq diaqnozu ilə gətirilən Ə.Miriyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ə.Miriyev yaşadığı mənzildə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. Hadisə vaxtı Ə.Miriyev evdə tək olub. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.