Ölkə

Silsilə cinayətlər törədən dəstənin işi məhkəməyə göndərildi

19 Yanvar 2019 15:29
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda silsilə cinayətlər törədən dəstə üzvlərinin istintaqı yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oğurluq və quldurluq etməkdə təqsirləndirilən Masallı sakinləri Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilk iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, Suraxanı rayon sakini Adil Babayev polisə müraciət edərək bildirib ki, tanımadığı 3 nəfər şəxs idarə etdiyi "Vaz 2106" markalı avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib. Ora çatanda isə həmin şəxslər ona hücum edərək qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, onlar sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Daha sonra Elvin Kazımov və Aysel Məmmədova sürücünün yanında qalıb, Samir Həşimov isə zərərçəkənin evinə yollanaraq seyfdə olan 6000 manat pulu ələ keçirib. 

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Mətanət Əzizovanın evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5000 manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.