Ölkə

Bu günün HAVASI

19 Yanvar 2019 09:14
0 Şərh     Baxış: 4 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün havanın mülayim, yağmursuz olacağı proqnozlaşdırılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, şənbə günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bu gün hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.