Ölkə

Bu qərar mədəniyyətimizə, mənəvi dəyərlərimizə, ədəbi keçmişimizə diqqətin nümunəsidir - Prezident təqaüdçüsü

18 Yanvar 2019 18:14
Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan olunması mədəniyyətimizə, mənəvi dəyərlərimizə növbəti diqqət və qayğının təcəssümüdür".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Anar Məcidzadə bildirib.

Şairin sözlərinə görə, Azərbaycanda mədəniyyət və ədəbiyyat xadimləri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub: "Əlbəttə, bu diqqət və qayğı ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Fəxarət hissi ilə qeyd etməliyik ki, Ümummilli liderimiz hər zaman mədəniyyətə, incəsənətə və ədəbiyyata, eləcə də bu sahənin insanlarına hamilik edib. Ulu öndər hələ sovet hakimiyyəti dövründə - ölkəmizə rəhbərlik etdiyi zaman şair və yazıçılarımızın fəxri adlar, dövlət mükafatları ilə təltif edilmələri, xalqımızın mənəvi dəyərlərinin zənginləşməsində müstəsna xidmətləri olan ədiblərimizin yubileylərinin keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Təbii ki, Heydər Əliyevin müdrik siyasəti müstəqilliyimizin bərpasından sonra da davam etdi.

Böyük şəxsiyyət Heydər Əliyevin 1993-2003-cü illərdə müstəqil respublikamıza rəhbərlik etdiyi dönəmdə mədəniyyət xadimlərinə fəxri adların verilməsi davam etdirildi, incəsənətimizi, ədəbiyyatımızı öz yaradıcıqları ilə inkişaf etdirən şəxslərin sosial vəziyyətinin yaradılması istiqamətində ardıcıl adıımlar atıldı, dövlət başçısı mədəniyyət xadimlərinin - şairlərin, yazıçıların, bəstəkarların, kino və teatr korifeylərinin yubileylərində, yaradıcılıq gecələrinə iştirak etdi.

Nə yaxşı ki, dünyaya nümunə olan müdrik Heydər Əliyev siyasəti peşəkar rəhbər, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Sözsüz ki, mədəniyyətimizin, klassik ədəbiyyat incilərimizin beynəlxalq aləmdə təbliği sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNECKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi ilə qeyd etməliyik".

A.Məcidzadənin fikrincə, bu il isə ölkə rəhbərliyinin mədəni irsimizə növbəti diqqət və qayğısının şahidi olduq: "Belə ki, 2019-cu il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında "Nəsimi ili" elan olundu. Dövlət başçısının bununla bağlı Sərəncamında xüsusilə vurğulanır ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Beləliklə, ölkə başçısının bu qərarı mədəniyyətimizə, mənəvi dəyərlərimizə, ədəbi keçmişimizə diqqətin nümunəsidir! Bu, ədəbiyyatımıza, söz sənətimizə, söz adamlarına diqqətin təcəssümüdür! Nəsimi ilimizin, ədəbiyyat ilimizin, söz-sənət ilimizin uğurlu olmasını arzulayıram!"

Zərif Nisə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.