Ölkə

20 yanvar günü müşahidə olunacaq HAVA PROQNOZU açıqlandı

18 Yanvar 2019 15:45
5 Şərh     Baxış: 3 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ərazisində 20 yanvar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, həmin gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, səhər bəzi yerlərdə zəif duman olacaq: "Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək".

G.Məmmədova qeyd edib ki, yanvarın 20-də Azərbaycan rayonlarında da sabah hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlıq ərazilərdə isə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq".

Qeyd edək ki, 20 yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.