Ölkə

Arif Alışanov danışdı: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm”

18 Yanvar 2019 13:18
Baxış: 2 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm/ 

Milli.Az xəbər verir ki, ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov modern.az-a açıqlama verib.

Keçmiş sədr ölkə başçısnını qərarının müzakirə olunmadığını bildirib: "Cənab Prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab Prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir".

A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb: "Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab Prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimzidən birini seçib".

A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib: "Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.