Ölkə

ASCO: Fövqəladə hadisələrə qarşı gəmilər növbətçi təyin edilib - FOTO

18 Yanvar 2019 13:47
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.

QSC-dən Milli.Az-a verilən məlumata görə, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən, baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, "Vixr-3", "Qubadlı", "Nefteqaz-58", "Lütoqa", "Andoqa" gəmiləri "Neft Daşları-Günəşli-Çilov", "Aura" və "Yarenqa" gəmiləri "Abşeron", "İrgiz" və "Kapitan Ağasıyev" gəmiləri "Bakı-Bahar", "Vixr-9", "Vixr-5", "Zirə", "Mərdəkan" və "Sumqayıt" gəmiləri isə "Qaradağ-MPS-Ümid" bölgələrində təhlükəsizliyin təmin olunması istiqamətində xidmət keçirib.

"Salyut" və "Hövsan-5" gəmiləri isə ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunub. Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb.

ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.