Ölkə

SOYUQ HAVA verilişdə də özünü göstərdi - Üşüyən müğənniyə xəz geyindirdilər - FOTO

18 Yanvar 2019 13:27
3 Şərh     Baxış: 4 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gün (17-18 yanvar) respublika ərazisində sərt soyuqlar ötən axşam Zaur Kamalın proqramına da təsirsiz ötüşməyib.

Milli.Az xəbər verir ki, proqramda qonaq olan Yeganə adlı xanım ifaçının üşüdüyünü hiss edən aparıcı "Üşümürsünüz?" sualı ilə ona müraciət edib.

Müğənni "Üşüyürəm, amma belə lazımdır da" cavabını verib.

Aparıcı verilişin əməkdaşlarından müğənniyə xəz vermələrini istəyib. Müğənniyə verilən xəzin üzərində etiketi olduğundan gizlədilərək ona təqdim edilib. Qadın ifaçı həmin xəzlə proqramda əyləşməli olub. 

Zaur Kamal studiyanın da çox soyuq olduğunu efirdən bildirib:

"Yaxşı, bunun canı istiləşdi. Bəs, bizim canımız necə istiləşəcək?"

Qeyd edək ki, musiqiçi Aqşin Tariyeloğlu da əlinin donduğunu bildirib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.