Ölkə

Bakının tanınmış şadlıq sarayında ofisiant müştərini bıçaqladı

18 Yanvar 2019 11:34
0 Şərh     Baxış: 3 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.