Ölkə

Səhiyyə Nazirliyi: "Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb"

18 Yanvar 2019 10:43
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.

Milli.Az xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər. 

Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.

Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: "Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur".

Xatırladaq ki, ötən gün güclü külək nəticəsində "Binə" Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.