Ölkə

Son 2 gündə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənib - YENİLƏNİB

18 Yanvar 2019 10:31
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:31

Son iki gündə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənmə ilə əlaqədar Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına gətirilib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, dəm qazından zəhərlənənlərin 7-si dünən, 6-sı isə bu gün xəstəxanaya gətirilib.

Dünən xəstəxanaya yerləşdirilmiş 7 nəfərin 4-ü artıq evə buraxılıb. İki nəfərin isə bu gün evə buraxılması nəzərdə tutulur.

----------
10:09

Sumqayıtda ötən gün 7 nəfər dəm qazından zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənənlərdən 6-sı qadın, biri isə kişidir. 

Onlardan bir nəfər Bakıya xəstəxanaya göndərilib. Zəhərlənənlərin adlarını təqdim edirik:

1979- cu il təvvəllüdlü Cabbarova Səidə, 
1977-ci il təvəllüdlü Novruzova İradə,
1991-ci il təvəllüdlü Dadaşova Qızılgül ,
1965- ci il təvəllüdlü Nəcəfov Vəfadar 
1996- ci il təvəllüdlü Cəlilova Ülviyyə,
1986- cı il təvəllüdlü Quliyeva Ülviyyə 
1989-cu il təvəllüdlü Əlizadə Günay.

Novruzova İradə isə Bakı şəhərinə göndərilib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.