Ölkə

Evindən qumbaralar çıxdı

17 Yanvar 2019 18:29
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocasən sakinindən döyüş sursatı götürülüb.

Milli.Az xəbər verir ki, DİN Mətbuat Xidmətindən "qafqazinfo"ya verilən məlumata görə, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocasən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.