Ölkə

"Azəriqaz": Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb

17 Yanvar 2019 15:25
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 16-sı gecədən etibarən "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxslərindən növbətçilik sistemi təşkil edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, növbətçilik sistemi bütün respublika üzrə təşkil edilib: "Dünəndən etibarən bu dəqiqəyə qədər heç bir şikayət daxil olmayıb. Bu dəqiqəyə olan məlumata görə, bütün respublika üzrə təbii qazın verilişində problem yaşanmayıb, respublika üzrə heç bir qəza halı qeydə alınmayıb".

Qurum rəsmisi deyib ki, əgər hər hansı bir qəza halı yaşanarsa, "Azəriqaz" İstehsalat Birliyinin Qaz-qəza xidməti tərəfindən problemin aradan qaldırlması üçün zəruri tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.