Ölkə

İrana dollar keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

17 Yanvar 2019 13:27
0 Şərh     Baxış: 2 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasına piyada yolla gedən Azərbaycan Respublikası vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qara əl çantasının içərisindəki pul kisələrində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron qaydada bəyan olunmayan, ümumilikdə 12 900 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.