Ölkə

Ələtdə yükqaldırma əməliyyatları dayandırılıb

17 Yanvar 2019 12:47
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir.

Verilən məlumata əsasən, günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.