Ölkə

Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri TƏYİN EDİLDİ - YENİLƏNİB

17 Yanvar 2019 15:41
7 Şərh     Baxış: 13 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:41

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

Milli.Az Report-a istinadən bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi, Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi, Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımov vəzifəsindən azad olunaraq İsmayıllı rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.

Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov və Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov sərəncama götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə "Report"a təyinatlarla bağlı məlumatı təsdiqləyib.

-------

12:43

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir. 

Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.