Ölkə

Azərbaycanda qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur

17 Yanvar 2019 13:09
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Aqil Abbas deyib.

Millət vəkili bölgələrdə kitabxanaların fəaliyyətindən narazılığını bildirib: "Bəzi rayonlarda kitabxanaların sayı qənaətbəxş səviyyədə deyil. Elə rayon mərkəzi var ki, orada 2-3 kitabxana var, eləsi də var ki, kitabxana yoxdur".

O əlavə edib ki, rayonlarda kitab mağazaları da azdır: "Heç olmasa, qəzet köşklərində kitab satışını genişləndirmək olar. Hər rayonda ən azı 1-2 qəzet köşkü var".

A.Abbas elektron kitabxanaların artırılmasının vacibliyini də vurğulayıb: "Ümumiyyətlə, kitabxana məsələsi ən ciddi məsələlərdən biridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.