Ölkə

Rəqsanənin əkiz övladı var? - Həqiqəti görən həmkarı hər şeyi AÇIQLADI - FOTO

17 Yanvar 2019 12:35
11 Şərh     Baxış: 12 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanənin əkiz övladının olub-olmadığı barədə söz-söhbət aidiyyəti qurumların "ifrat təhlükəli hava şəraiti" ilə bağlı açıqlamalarına qədər bəlkə də mediada ən çox müzakirə olunan mövzulardan biri idi.

Milli.Az xəbər verir ki, qadın müğənni barədə gəzən söz-söhbətə Moskvadakı evində Rəqsanənin qonağı olan həmkarı Kərim Abbasov "5/5"də son qoyub.

O, Zaurun "Rəqsanə ilə bağlı bir söz-söhbət var. Ona aydınlıq gətirəcəyik. Mətbuatda bu barədə yazırlar. Özündən soruşacam" sözlərini yarımçıq kəsib.

"Əkizlər söhbəti? Deyirəm mən fakt oradan gəlmişəm. Qardaş, kor-kor, gör-gör, gözümlə gördüm. Sadəcə, bizim ağzıqara insanlar, beyinlərində necə istəyir, o cür də yozurlar. Fakt, mən bunun evinə getmişəm. Onun ikinci övladı, oğlan xəstəxanadadır. Gözümlə görmüşəm, qızı isə evdədir".

Zaur müğənninin sözlərindən sonra "Rəqsanə, bu söhbətə son qoyduq" deyib.

Təhməz Təkin
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.