Ölkə

Avtobusda mahnısını eşidən Səidədən İLGİNC REAKSİYA: Ay camaat ... - FOTO

17 Yanvar 2019 12:07
6 Şərh     Baxış: 5 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səidə Sultan "5/5"-də yeni-yeni tanınmağa başladığı zamanlarda başına gələn maraqlı bir əhvalatı tamaşaçılarla bölüşüb.

Milli.Az xəbər verir ki, bəstə boy xanım ifaçı avtobusda qarşılaşdığı olayı həyəcanla danışıb.

Səidə ilk dəfə mahnısını radioda eşitdiyi an verdiyi reaksiyadan bəhs edib:

""Bakı payızı" müsabiqəsində oxuyurdum. Heç o zaman "W TRİO"da da yox idim. Əlimdə "500 manat"ı da saxlamışam ki, avtobusdan düşəndə yol pulumu verim. Birdən radioda "Gecə yarısı" adlı mahnımı eşitdim. Sevincimdən qəfil ayağa qalxıb "Ay camaat, oxuyan mənəm e" deyib, qışqırdım. Necə qışqırdımsa, avtobusun içərisində qoca arvad, qoca kişi hamı qayıtdılar ki, "Bıy, biz səni tanıdıq. Allah səni xoşbəxt eləsin". Necə sevindimsə, "500 manat"ı (1 "Nizami") verməmiş avtobusdan düşdüm. Qaçıb, hamıya dedim ki, məni tanıyırlar". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.