Ölkə

Kabel televiziyalarında problem yaranıb - SƏBƏB - YENİLƏNİB

17 Yanvar 2019 11:01
1 Şərh     Baxış: 4 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:01

Rusiya kanallarının Azərbaycanda yayımında yaranan problemin "KATV 1" kabel televiziyasına aidiyyəti yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "KATV 1"nin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda "KATV 1"nin yayımında heç bir problem yoxdur: "Cəmi bir binada küləklə bağlı problem yaranmışdı, həmin problem də əməkdaşlarımız tərəfindən aradan qaldırılır. Hazırda bizdə yayım davam edir. Azərbaycan və Türkiyə kanalları normal qaydada yayımlanır. Rusiya kanallarının yayımında yaranan problem isə həmin kanallarda aparılan profilaktik tədbirlərlə əlaqədardır. Yayım isə müvəqqəti dayanıb. Günorta saatlarında bu kanalların yayımı bərpa olunacaq".

----------
10:12

Bu gün səhər saatlarından etibarən "ATV+" və "KATV - 1" kabel kanallarının efirində problem yaranıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, abunəçilər əksər kanallarının açılmadığını qeyd edirlər. Bu kanallar həm yerli, həm də xarici kanallardır. 

Qafqazinfo məsələ ilə bağlı ATV+ kanalı ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, problemdən xəbərdardırlar: "Ola bilsin, hava şəraiti ilə əlaqədar Teleqüllənin işində problem yaranıb. Məsələ gün ərzində həll ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.