Ölkə

Bakı Şəhər İcra Hakimiyyəti də XƏBƏRDARLIQ etdi - Ağaclar təhlükəli ola bilər

16 Yanvar 2019 17:04
4 Şərh     Baxış: 5 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləklə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qərargah yaradılıb. Qərargah yanvarın 17-də və 18-də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

O.Məmmədov qeyd edib ki, yanvarın 17 və 18-də güclü külək müşahidə olunacağından vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Belə ki, bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.