Ölkə

"Azərsu" hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi

16 Yanvar 2019 16:38
1 Şərh     Baxış: 2 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı proqnozla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, bu məqsədlə yanvarın 15-də qurumda rayon Sukanal idarələrinin rəhbərləri ilə görüş keçirilib: "Görüş zamanı idarə rəhbərlərinə tapşırılıb ki, kəskin hava şəraiti olacaq günlərdə idarələrin bütün əməkdaşları növbətçilik rejiminə keçsin. Tapşırığa görə, yerli sukanal idarələri gücləndirilmiş iş rejimində çalışacaq, növbətçilik təmin olunacaq. Məqsəd həmin günlərdə əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməkdir. Necə ki, əhali adi günlərdə 24 saat içməli su ilə təmin olunur, həmin günlərdə də su ilə təminatda fasilə yaranmayacaq. Qrafiklə su alanlar da eyni qrafikdə içməli su ilə təmin olunacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.