Ölkə

Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show” - VİDEO - FOTO

16 Yanvar 2019 16:53
0 Şərh     Baxış: 3 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək bənzərsiz İtaliya layihəsi olan "Celentano Tribute Show" nümayiş etdiriləcək.

Milli.Az xəbər verir ki, bütün dünyada trend olan "Celentano Tribute Show" fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.

Əfsanəvi Adriano Çelentanonun ən sevimli xitləri və performansları Mauritsio Şveyzerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Mauritsi Şveyzer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun "rəsmi əkiz"idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.

"Celentano Tribute Show" öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Mauritsio Şveyzerin səhnə obrazına yetirilir.

İstedadı və böyük əməyi sayəsində Mauritsio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. "Celentano Tribute Show" bir çox ölkələrdə konsert proqramları ilə tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın "Crocus City Hall" konsert zalında keçirilən unudulmaz şouları qeyd etmək olar.

Bundan başqa, şou ABŞ  teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və s. ölkələrdə uğur qazanan şou Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda ilk dəfə -

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.