Ölkə

Səhiyyə naziri hava şəraiti ilə əlaqədar tapşırıq verdi - Gücləndirilmiş iş rejimi...

16 Yanvar 2019 15:53
0 Şərh     Baxış: 4 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səhiyyə Naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.