Ölkə

Qubada meşəyə qənim kəsilənlərin PEŞMANLIĞI - VİDEO - FOTO

16 Yanvar 2019 18:34
0 Şərh     Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba Rayon Polis Şöbəsinin əməkdaşları İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən iki kənd sakinini saxlayıblar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, araşdırmalarla məlum olub ki, Rəmzi Əlirzayev Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, özünə məxsuz "Qaz 66" markalı yük avtomobili ilə daşıyıb. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər.

Rəmzi Əlirzayev - saxlanılan şəxs: "Özümə məxsus "Qaz 66" markalı maşınla Əkbərlə birgə evimə odun gətirərkən Quba rayonunun polis əməkdaşları tərəfindən saxlanıldım. Maşınımın yük yerində yaş odun olduğu üçün Quba Rayon Polis Şöbəsinə gətirildim. Etdiyim əməldən peşmanam".

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qubada meşəyə qənim kəsilənlər saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.