Ölkə

Azərbaycana qanunsuz yolla spirtli içki keçirilməsinin qarşısı alındı

16 Yanvar 2019 18:09
1 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Baxış zamanı avtomobilin salonunda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, "Nemirovskaya osobaya" yazısı olan 28 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.