Ölkə

Musa Təranəyə görə onu oğulluqdan çıxaran anası üçün AĞLADI - VİDEO

16 Yanvar 2019 14:10
39 Şərh     Baxış: 16 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qohumları tərəfindən tərk edilən Musa Musayev efirdə ağlayıb.

Milli.Az xəbər verir ki, illər öncə anası və digər böyüklərinin narazılığına baxmayaraq Təranəni seçən Musa küsülülüyə rəğmən onlar üçün canını belə verə biləcəyini bildirib.

Müğənni bunları qəhər içində deyib:

"Küsülülük ailədə öz aramızda olan söz-söhbətdir. Anama canım qurban, əmim Niyaməddinə canım qurban, qardaşlarıma, balalarıma canım qurban". 

Xatırladaq ki, Musa Musayevin anası Gülbikə xanım illər öncə müsahibələrinin biri zamanı "Dörd oğlum var idi, biri rəhmətə getdi. Birini də oğulluqdan çıxardıb verdim Təranə Qumrala. Qızım olmayıb. Özümün də yetmiş iki yaşım var. Üç övladımdan razıyam, bir Musadan narazıyam. On səkkiz ildir narazılıq qəlbimi para-para edir. Musa on səkkiz ildir mənimlə əlaqə saxlamayıb. Bir-iki dəfə onun, bunun telefonu ilə zəng eləmişəm, onda da götürməyib. Sadəcə, istəmişəm ki, öyrənim sağdı, yoxsa ölüb. Bir də oğlum rəhmətə gedəndə gəlib. Belə heç vaxt əlaqəm olmayıb. Hamı bilsin, Təranə dağıtdı Musanın ailəsini, özü də əri ola-ola" demişdi.

Ətraflı videoda:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Musa Təranəyə görə onu oğulluqdan çıxaran anası üçün AĞLADI

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.