Ölkə

Bakıda ölümə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

16 Yanvar 2019 14:35
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

Vəsatət təmin edilib. A.Şixiyev məhkəmə zalında həbs edilib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib.

Belə ki, A.Şixiyevin idarə etdiyi "KİA" markalı avtomobil Vəliyev Kənan Salman oğlunun sürdüyü "Mercedes"i vurub. Nəticədə "Mersedes"də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.

Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb və sürücü A.Şixiyev istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.