Ölkə

Bakıda zəncirvari qəza: 4 maşın bir-birinə çırpıldı, tıxac yarandı - VİDEO - FOTO

15 Yanvar 2019 17:54
0 Şərh     Baxış: 2 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda zəncirvari yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.

"Vaz 21015" markalı 90 NV 852 dövlət nömrə nişanlı avtomobil iğıqforun qırmızı işığının tələblərini pozması nəticəsində "Mercedes ML" markalı 90 VA 303 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "Reno" markalı 99 JR 592 dövlət nömrə nişanlı və "Mercedes" markalı 10 SU 058 dövlət nömrə nişanlı avtomobillər də həmin maşınlarla toqquşub.

Qəzada "Reno" markalı avtomobilin sürücüsü xəsarət alıb.

Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hazırda əraziyə yol polisləri cəlb edilib və yolda hərəkəti bərpa etməyə çalışırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda zəncirvari qəza: 4 maşın bir-birinə çırpıldı, tıxac yarandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.