Ölkə

10 yaşlı uşağın etdiyi hərəkətlər görənləri ŞOKA SALIR - VİDEO - FOTO

15 Yanvar 2019 19:29
2 Şərh     Baxış: 3 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qolunu tərsinə çevirir, dərisini dartaraq uzadır, ayaqlarını boynuna keçirərək kürək sümüklərini geri çıxarır.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Ümid Həsirov Kürdəmir rayon Şahvəli kəndində yaşayır. Üçüncü sinif şagirdi 2 ildir qeyri-adi bacarığı ilə həmyaşıdlarından fərqlənir. Ümidin bu qabiliyyətini ilk dəfə bacısı və qardaşı görüb. Onlar da Ümid kimi hərəkətlər etməyə cəhd etsələr də buna nail ola bilməyiblər.

Ümid Həsirov - qeyri-adi hərəkətlər edən uşaq: "Məşq etmədən bu hərəkətləri bacarıram. Yaşıdlarımın edə bilmədiyi hərəkətləri edirəm".

Ümidin atası Tural Həsirovun sözlərinə görə, ilk dəfə oğlunun bu hərəkətlərini görəndə çox təəccüblənib. Övladının müəllim yanına və məşqlərə getmədən belə bir qabiliyyətə malik olması hər kəs kimi onun da diqqətini çəkib.

Tural Həsirov - Ümidin atası: "1, 2 dəfə gördüm təəccübləndim. Dedim, bu necə ola bilər?!".

Qeyri-adi bacarığı ilə bərabər dərslərini də əla qiymətlərlə oxuyan Ümidin tək istəyi bu bacarığını genişləndirərək daha çətin hərəkətlər edə bilməkdir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
10 yaşlı uşağın etdiyi hərəkətlər görənləri ŞOKA SALIR

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.