Ölkə

Əməkdar artistdən ŞOK AÇIQLAMA: Manaf sevgilisinin görüşünə... - FOTO

15 Yanvar 2019 15:14
4 Şərh     Baxış: 6 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Baloğlan Əşrəfov "5/5"də birgə qonağı olduğu həmkarı Manaf Ağayevlə bağlı maraqlı açıqlama edib.

Milli.Az xəbər verir ki, B.Əşrəfov canlı yayımda "İtən eşqim" adlı bəstəsi ilə Manafın illər öncə sevdiyi xanımın görüşünə getdiyini deyib.

Əməkdar artist "Manaf cavanlığında mənim bu mahnımla sevgi həyatı yaşayıb, sevgilisinin görüşünə bu mahnı ilə gedib. Allah xoşbəxt eləsin. Gözəl balaları da var" deyib. 

Manaf əməkdar artistin sözlərini təsdiq edib:

"Allah şahid ki, mən bu dəqiqə də Baloğlan müəllimin "İtən eşqim" mahnısının olduğu həmin kasetini saxlayıram. Məndən böyüklərdən üzr istəyirəm, həyat yoldaşımı sevərkən bu mahnıya qulaq asırdım hər gün. Yoldaşım mən əsgərlikdə olarkən bu mahnının kosetini pasılka ilə göndərmişdi. İndi o kaset mənim evimdədir".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.