Ölkə

"Sizə biznes quracağam" deyib 1 milyondan artıq pul aldı və...

14 Yanvar 2019 14:35
0 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı E. İbrahimovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Ziya Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və Ramil Bəkirovu biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon 18 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.